Yeni “iPad” planşetinin nümayiş olunacağı tarix bəlli oldu 2014-10-03 08:51:08 / KONFRANSLAR

Apple” şirkəti oktyabrın 21-də iPad planşet kompüterinin yeni nəslini nümayiş etdirəcək.
 
Tədbirdə tam ölçülü altıncı nəsil iPad planşeti, həmçinin üçüncü nəsil kompakt iPad mini planşetlərinin nümayişi gözlənilir. Proqnozlara görə, yeni planşetlər 9,7 və 7,9 düym diaqonallı ekranla təchiz olunacaq.
 
Bundan başqa, oktyabrın 21-də “Apple” şirkəti kompüterlər üçün “OS X 10.10 Yosemite” əməliyyat sisteminin yekun versiyasının çıxarılma tarixini elan edə bilər.

Xatırladaq ki, “Apple” sabahdan etibarən iki yeni smartfonunun (iPhone 6 və iPhone 6 Plus) satışlarına start verəcək. 2015-ci ilin əvvəlində isə “Apple Watch” smart saatlarının satışa çıxarılması planlaşdırılıb. Bu gündən istifadəçilər yeni “iOS 8” əməliyyat sistemini yükləyə bilərlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023