AMEA-nın bütün elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir. Fəlsəfə fənnindən qəbul və doktorluq imtahanları AMEA prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilir.
İmtahanların qəbulu məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Fərman İsmayılov, Əbülhəsən Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov imtahanın gedişatı ilə yaxından tanış olublar.
İki gün davam edəcək imtahanlarda 100-dən çox doktorant və dissertantın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, şəffaflığın təmin olunması üçün imtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.