Çində 2020-ci ilədək bir ekzaflops (saniyədə kvintilyon əməliyyat) və daha yüksək məhsuldarlığa malik işçi superkompüterin yaradılması planlaşdırılır. Bu sistemin prototipinin cari ildə hazırlanması nəzərdə tutulub.
“Открытые системы” jurnalının məlumatına görə, bu superkompüter 2010-cu ildə dünyanın ən güclü superkompüteri seçilmiş, Çinin ilk petaflops kompüteri olan Tuanhe-1-dən 200 dəfə daha güclü olacaq.
Qeyd edək ki, ABŞ-da isə ilk ekzaflops superkompüterin 2023-cü ildə işə salınması planlaşdırılıb.