AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Data mərkəzlərdə virtuallaşdırma proqram təminatları” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən institutun əməkdaşı Ayxan Babazadə virtuallaşdırma, onun arxitekturası, platformaları və tipləri haqqında ətraflı məlumat verdi. Virtuallaşdırma sahəsində istifadə olunan proqram təminatlarını təqdim edən məruzəçi onlardan istifadənin üstünlüklərindən danışdı.
Sonra çıxış edən R.Ələkbərov bu istiqamətdə tədqiqatların dərinləşdirilməsini və elmi məqalənin nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə etdi.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.