AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi Riyaziyyat” fakültəsində Dövlət İmtahan komissiyasının üzvü təyin edilib.
G.Nəbibəyova mayın 30-dan etibarən universitetin riyaziyyat ixtisasının bakalavr və magistr pillələri üzrə buraxılış kvalifikasiya işləri və magistr dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş Dövlət İmtahan komissiyalarının işində iştirak edir.
Qeyd edək ki, imtahanlar iyunun 10-dək davam edəcək.