AzScienceNet elm kompüter şəbəkəsində e-poçt xidməti yaradılmışdır. AzScienceNet şəbəkəsinin verilənləri emal mərkəzində e-poçt xidməti üçün Mail-server quraşdırılmış və işə salınmışdır. Mail-server AzScienceNet şəbəkəsinin istifadəçilərinə xidmət edir. Mail-serverdə istifadəçilərə poçt qutuları yaratmaq, dəyişikliklər etmək üçün CommuniGate Pro proqram təminatı quraşdırılmışdır. 2017-ci ilin əvvəllərində isə Mail-serverdə təkimləşdirmə işləri aparılmışdır və @ab.az domen adı @science.az domeni ilə əvəz olunmuşdur. AzScienceNet şəbəkəsinin xidmətlərindən istifadə edən AMEA-nın institut və təşkilatlarının sayı 46-dir. 6500-dən çox fərdi kompyuter AzScienceNet şəbəkəsinə qoşulub. Hazırda e-poçt xidmətindən yararlanan istifadəçilərin sayı isə 1830-dür. Onların hər birinə Mail-serverdən 1Gbayt yaddaş həcmdə poçt qutusu yeri ayrılmışdır.                              

        AzScienceNet-ə qoşulan hər bir abonent işlədiyi institut və təşkilatın adına uyğun domenlərlə indentifikasiya olunmuşdur. Məsələn, depart1@iit.science.az – İnformasiya Texnologiyaları institutunun 1-ci şöbəsi, depart2@physics.science.az – Fizika İnstitutunun 2-ci şöbəsi, depart3@eco.science.az – İqtisadiyyat İnstitutunun 3 saylı şöbəsi və s. Bu cür identifikasiya olunmuş domen adlar AMEA institut və təşkilatlarının arzu və təklifləri əsasında yaradılmışdır. AMEA institut və təşkilatlarının kompüter istifadəçilərinin poçt ünvanlarını aşağıda göstərilən domenlər (cədvəl 1) üzrə yaratmaq imkanı var:

                                                                                                                                                                                                                        Cədvəl 1

arch.science.az gia.science.az
ahi.science.az history.science.az
botany.science.az kqki.science.az
dendrary.science.az iit.science.az
sciencecert.az iit.ab.az
cyber.science.az ikt.az
human.science.az itpcht.science.az
dilchilik.science.az itsc.science.az
eco.science.az lit.science.az
elm.az phill.science.az
geo.science.az shao.science.az
folk.science.az genres.science.az 

       

       AzScenceNet-in Mail-serverində hər bir istifadəçinin poçt qutusundan məktublara 30 Mbayt həcmli müxtəlif tipli fayllar (mətnlər, şəkillər, audio və videolar) qoşaraq göndərmək olur. E-poçt vasitəsi ilə qəbul edilən faylların həcminə isə Mail-serverdə məhdudiyyət qoyulmayıb.

       Hər bir istifadəçi öz işçi kompyuterində e-poçt üçün nəzərdə tutulan proqram təminatlarından (Outlook Express, Microsoft Outlook, The Bat və s.), eləcə də, istənilən veb-interfeysdə (Internet Explorer, Opera, Mozilla və s.) http://webmail.ab.az linkindən istifadə edərək Mail-serverdən özlərinə aid məktubları qəbul edə və göndərə bilər. Hazırda AzScienceNet şəbəkəsində Milli Elmlər Akademiyasının hər bir istifadəçisi üçün ödənişsiz poçt xidməti göstərilir. 2017-ci ildə poçt serverdə təhlükəsizliyi təmin edilməsi və keyfiyyət göstəricisinin yüksəldilməsi üçün Windows Server 2012 R2 və ExchgStdCAL 2016 SNGL OLP NL Acdmc UsrCAL (1000 user) lisenziyalı proqram təminatı quraşdırılmışdır.

       Elmlər Akademiyasının hər bir təşkilatı üçün ayrıca domen yaradılıb. Yeni domenlərin qeydiyyatı ilə əlaqədar İnformasiya Texnologiyaları İnstitutuna müraciət etmək lazımdır. İstifadəçi öz kompyuterində poçt proqramını işə salmaq üçün aşağıdakı parametrlərdən istifadə etməlidir:

   SMTP server: ns1.ab.az

   Login: istifadechi_adi@teshkilatin_adi.ab.az

   SMTP port: 25

   POP3 port: 110

   IMAP port: 143

       Poçt qutusunu məsafədən yoxlamaq mümkündür. Bunun üçün http://webmail.ab.az ünvanına daxil olmaq lazımdır. Elektron poçt xidmətinin veb-interfeysinə daxil olarkən, istifadəçi adınızı, parolunuzu və təşkilata məxsus olan domen adını seçib sistemə daxil ola bilərsiniz.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023