AzScienceNet şəbəkəsində Eduroam(education roaming)  xidməti yaradılmışdır. Eduroam xidməti AMEA-nın institut və təşkilatları əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətinə qoşulan elm və təhsil müəssisələrinin daxili infrastukturundan istifadə edərək qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı verir. Eyni zamanda Eduroam xidməti xarici ölkələrdən AMEA-nın institut və təşkilatlarına ezamiyyətə gələn elmi əməkdaşların AMEA-da Eduroam xidmətini  dəstəkləyən bütün qoşulma nöqtələrindən istifadə edərək qlobal İnternet şəbəkəsinə heç bir əlavə konfiqurasiya edilmədən qoşulmasına imkan verir. Azərbaycan Milli Eduroam serveri AzSciencenet şəbəkəsində yerləşdirilmiş, republika üzrə Milli Operator funksiyasını yeinə yetirir və 11 noyabr 2011-ci il tarixində European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir.

Eduroam xidməti AzScienceNet istifadəçilərinin dünyanın istənilən yerindən  qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaradır. Eduroam xidmətini Azərbaycan Respublikasında tətbiq etmək  və ölkəni ümumdünya eduroam şəbəkəsinə qoşmaq və tanıtmaq üçün aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Milli Eduroam serverin proqram təminatı işlənmiş və konfiqurasiya edilmişdir;
  • AMEA-nın lokal eduroam serveri yaradılmış, onun proqram təminatı işlənmiş və istifadəçilər reyestri  yaradılmışdır;
  • Simsiz Wi-Fi access point-ləri quraşdırılmış və işə salınmışdır;
  • Milli və Lokal eduroam serverlər, Wi-Fi access  pointlər ümümi eduroamın tələblərinə uyğunlaşdırılmışdır.

Eduroam servisi AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına xidmət edir.

Azərbaycan Respublikasının elm və təhsil müəsissələri şəbəkələrində Eduroam xidmətinin yaradılması və beynəlxalq Eduroam şəbəkəsinə qoşulmaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

  • Milli Eduroam serverində (AzScienceNet şəbəkəsində yerləşir) qeydiyyatdan keçmək;
  • Təşkilatın lokal eduroam serverinin yaradılması, proqram təminatının yazılması və istifadəçilər reyestrinin yaradılması ilə bağlı işlər;
  • Simsiz Wi-Fi Access Point-in quraşdırılması və test rejimində işə salınması ilə bağlı işlər;
  • Təşkilatın lokal serveri və Wi-Fi Access Point avadanlıqları beynəlxalq Eduroam şəbəkəsinin tələblərinə uyğunlaşdırılmalıdır.  

                                               

                                                                Şək.1.Eduroam xidmətinin işləmə prinsipi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017