AzScienceNet şəbəkəsinə qoşulan bütün elm və tədqiqat təşkilatları üçün bizim serverlərimizdə ödənişsiz hostinq xidməti göstərilir.

Hostinq xidməti veb səhifələrin, veb-saytların, veb-portalların və digər veb üzərində işləyən proqramların serverlərimizdə yerləşdirilməsinə cavab verir.

24x7 rejimində işləyən yüksəksürətli və çoxnüvəli serverlər, intellektual telekomunikasiya avadanlığı və qlobal İnternet şəbəkəsinə qoşulma sürətinə malik AzScienceNet şəbəkəsinin Data Mərkəzi hostinq xidmətinin yüksək səviyyədə göstərilməsinə imkan yaradır.

AzScienceNet-in Data Mərkəzində veb səhifəni yerləşdirmək üçün İnformasiya Texnologiyaları İnstitutuna Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatları adından rəsmi məktubla müraciət edilməlidir.  Müraciət növbəti AzScienceNet-in İdarəetmə Şurasında müzakirə olunur və qərar qəbul edilir. Müsbət qərar nəticəsində xüsusi işçi qrupu (proqramçılar, təhlükəsizlik və şəbəkə administratorları) səhifənin proqram kodunun serverə yüklənməsində və işə salınmasında köməklik göstərir. Hostinq xidmətləri Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatları üçün ödənişsizdir.

AzScienceNet şəbəkəsində bütün serverlərdə təhlükəsizlik məsələləri ciddi nəzarət altındadır. Bütün baş vermiş hadisələr xüsusi jurnallarda qeydə alınır. Ayda ən azı 2 dəfə bütün istifadə olunan proqram təminatlarının yeni versiyaları serverlərə yüklənir və beynəlxalq təhlükəsizlik cəmiyyətləri tərəfindən verilən  tövsiyələr nəzərdən keçirilir.

Hostinq serverə yüklənən hər bir proqram kodu təhlükəsizlik baxımından öncədən yoxlanılır, sonra isə qlobal İnternet şəbəkəsinə qoşulmasına icazə verilir.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023