Qraflar nəzəriyyəsinə dair araşdırmalar aparılır 2017-03-31 17:32:33 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

 

İnstitutun magistrantı Şəlalə Mansurova “Qraflar nəzəriyyəsi” mövzusunda məruzəni təqdim etdi. Məruzədə qraflar haqqında müəyyən anlayışlar, qrafın müxtəlif növləri, qrafa aid bəzi terminlər, lokal dərəcə, lokal dərəcə haqqında teoremlər, qrafın qonşuluq matrisinin qurulması və s. barədə ətraflı məlumat verildi.

 

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri texnika elmləri doktoru Ramiz Alıquliyev tövsiyələrini səsləndirdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024