“Ağıllı” zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq 2017-03-10 14:52:14 / KONFRANSLAR

Böyük şəhərlərdə tullantıların utilizasiyası problemi mövcuddur. “SENCITY” şirkəti zibili küçəyə tullayan, və ya zibil qutusuna atmaqda tənbəllik edən insanları bu problemə daha ciddi yanaşmağa və küçələri təmiz saxlamağa məcbur etmək üçün videooyunlardan istifadəyə qərar verib. Belə ki, şirkət təmizkar vətəndaşları mükafatlandıran “tetraBIN” adlı xüsusi zibil qutusu hazırlayıb.

 

hi-news.ru saytının məlumatına görə, maye kristal ekrana bükülmüş “TetraBIN” zibil qutusunun displeyində göstərilən yarasalar və ac itlər onları yedizdirməyi xahiş edirlər. Zibil atıldıqda qutunun içərisində atılan əşyaya reaksiya verən həssas membran işə düşür.

 

Qutuya atılmış zibilə görə “oyunçular”a unikal promokod verilir. Bu promokodu sözügedən zibil qutusu istehsalçısının saytında qeydiyyatdan keçirməklə hədiyyələr əldə etmək mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024