“IBM Watson” superkompüterinin intellekti “ağıllı” avtomobilləri idarə edəcək 2017-01-09 17:39:46 / KONFRANSLAR

“IBM” şirkətinin mütəxəssisləri “BMW” şirkətindən olan həmkarları ilə birgə hərəkət təhlükəsizliyinin gücləndirilməsi məqsədilə “Watson” adlı süni intellektin avtomobillərə tətbiqi üzərində işləyirlər.

 

hi-news.ru saytının məlumatına görə, “BMW i8” adlı avtomobildə “IBM Watson” süni intellektinə əsaslanan alqoritmdən istifadə ediləcək. Bu alqoritm daima ətraf mühitdə baş verən dəyişikliklərə və yoldakı vəziyyətlərə uyğunlaşacaq, həmçinin öz sürücüsünün vərdişlərini öyrənəcək.

 

Watson” superkompüterinin imkanları sürücüyə öz avtomobili ilə təbii dildə ünsiyyət qurmağa imkan verəcək. Bu, sürücüyə müəyyən qaydalara əsaslanan ifadələrə vaxt sərf etməyərək diqqəti daha çox yola və avtomobilin idarə edilməsinə yönəltməyə imkan verəcək. Həmçinin meteoroloji məlumatlar, seçilmiş hərəkət marşrutunda yol vəziyyəti, hərəkət rejimi və nəqliyyat vasitəsinin statusu haqqında məlumatlar avtomobilin idarəetmə sisteminə ötürüləcək. Bu məlumatlar sayəsində sistem sürücülük rejimi, hərəkət marşrutu barədə tövsiyələr verəcək.

 

Superkompüterin alqoritmlərindən avtomobildə daha çox köməkçi funksiya kimi istifadə olunmasına baxmayaraq, istehsalçılar gələcək avtomobillərin tamamilə avtonom nəqliyyat vasitəsi ola biləcəyini istisna etmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024