2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq 2016-10-25 10:24:03 / KONFRANSLAR

“Gartner” analitik şirkətinin proqnozuna əsasən, gələn il qlobal İT bazarında artım qeydə alınacaq.

 

2017-ci ildə informasiya texnologiyalarına (İT) sərf ediləcək qlobal xərclərin həcmi 3,5 trilyon dollara yaxınlaşacaq ki, bu da cari illə müqayisədə 2,9 faiz daha yüksəkdir. 2016-cı ildə İT sahəsinə sərf ediləcək xərclərin həcmi 3,4 trilyon dollar təşkil edəcək. Bu, 2015-ci illə müqayisədə 0,3 faiz aşağı göstəricidir.

 

3dnews.ru saytının məlumatına görə, tədqiqatçılar proqram təminatı bazarını qlobal İT sahəsinin ən sürətli inkişaf edən seqmenti adlandırıblar. 2016-cı ildə sözügedən seqmentdə 6 faiz, 2017-ci ildə isə 7 faiz artım qeydə alınacaq. Həmçinin analitiklər İT xidmətlər bazarında 2016-2017-ci illərdə müvafiq olaraq 3,9 faiz və 4,8 faizlik artım proqnozlaşdırırlar.

 

Ən az artım isə kompüter avadanlıqları (fərdi kompüter, noutbuk, planşet, mobil telefon və printerlər) bazarında qeydə alınacaq. Belə ki, gələn il bu sahədə cəmi 0,4 faiz artım gözlənilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024