İnformasiya Texnologiyaları İnstitutu “EaPConnect” layihəsi çərçivəsində “Enlighten Your Research” müsabiqəsini elan edir 2016-06-08 12:49:46 / KONFRANSLAR

“EaPConnect” tədqiqatçılara fəaliyyətlərində beynəlxalq miqyaslı elm və təhsil şəbəkələrindən faydalanmaq üçün imkanlar yaradır. Bu istiqamətdə “EaPConnect” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən biri də AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkil etdiyi “Enlighten Your Research” müsabiqəsidir.

 

Müsabiqəyə yüksəksürətli internet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar “Enlighten Your Research” müsabiqəsinə qoşularaq tədqiqat zamanı təqdim olunan qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz olaraq yararlana biləcəklər.

 

Müsabiqə-tədqiqat prosesində digər ölkələrin əməkdaşları ilə birgə fəaliyyət zamanı şəbəkə ilə bağlı tələbatın ödənilməsi məqsədilə yüksək səviyyəli şəbəkə xidmətlərindən ödənişsiz istifadə üçün şərait yaradılır.

 

Qalib gələn tədqiqat qrupu 1 il müddətində yüksəksürətli internet şəbəkəsindən, hesablama və yaddaş resurslarından istifadə etmək hüququ əldə edəcək.

 

Mühüm tarixlər: 

30 iyun 2016

Müraciət üçün son tarix

1-14 iyul 2016

Konsultasiya mərhələsi

15 iyul 2016

Növbəti mərhələyə keçən layihələrin elanı

18 iyul-31 avqust 2016

Konsultasiya mərhələsi

1 sentyabr 2016

Layihənin təqdim olunması üçün son tarix

6 oktyabr 2016

Qalib layihələrin elan olunması

noyabr 2016-noyabr 2017

Layihənin icrası

Ətraflı məlumat və müraciət üçün:

www.eapconnect.eu/research/

Tel:         (+994 12) 510 06 98

E-poçt:    iro@iit.ab.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024