Xarici alimlərlə əməkdaşlıq sahəsində daha bir uğurlu nəticə əldə olunub 2015-09-14 09:23:14 / KONFRANSLAR

İnstitut əməkdaşlarının xarici alimlərlə birgə hazırladığı “PDLK: Plagiarism detection using linguistic knowledge” (“Linqvistik biliklərdən istifadə etməklə plagiatın aşkarlanması”) adlı məqaləsi “Expert Systems with Applications”beynəlxalq jurnalında dərc olunub.

 

Məqalənin müəllifləri Asad AbdiNorisma İdris, akademik Rasim Əliquliyev  və texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevdir

 

Məqalədə cümlələrin semantik və sintaktik yaxınlığından istifadə etməklə plagiatın aşkarlanması üçün metod təklif edilmişdir. Təklif olunan metod müxtəlif növ plagiatı (dəqiq köçürülmüş və parafraza olunmuş mətni, sözlərin sinonimlərlə əvəz olunması və cümlələrdə sözlərin strukturunun dəyişdirilməsi yolu ilə plagiatı) aşkarlamağa imkan verir. PAN-PC-10 və PAN-PC-11 bazaları üzərində aparılmış eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, digər metodlarla müqayisədə təklif olunmuş metod yüksək nəticə göstərir.

 

Qeyd edək ki, “Expert Systems with Applications” kompüter elmləri sahəsində dünyanın ən nüfuzlu jurnallarının siyahısına daxildir. Belə ki, jurnal aşağıdakı yüksək elmmetrik göstəricilərə malikdir:

 

Impact Factor: 2.240

 

5-Year ImpactFactor: 2.571

 

Source Normalized Impact per Paper (SNIP): 2.534

 

SCImago Journal Rank (SJR): 1.996.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020