“Hesablama şəbəkələrində yaddaş resurslarının optimal paylanması modelinin işlənməsi” adlı məqalə Rusiyanın nüfuzlu jurnalında dərc olunub 2015-09-08 10:27:41 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və institutun doktorantı Məhəmməd HəşimovunРазработка модели оптимального распределения ресурсов памяти в вычислительных сетях” (“Hesablama şəbəkələrində yaddaş resurslarının optimal paylanması modelinin işlənməsi”) adlı məqaləsi Телекоммуникации” jurnalında (Rusiya) dərc olunub.    

 

Məqalədə yaddaş resurslarının hesablama şəbəkələrində optimal paylanması məsələsi nəzərdən keçirilib. Yaddaş resurslarının optimal paylanması modeli təklif olunub. Model yaddaş resurslarının virtuallaşdırılmasında istifadə olunur və yaddaş resurslarının israf olunmadan istifadəsini təmin edir.  

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020