E-hökumətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi haqqında məqalə nüfuzlu jurnalda dərc olunub 2015-09-04 11:06:42 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “Нечеткая когнитивная модель стратегического управления информационной безопасностью электронного правительства” (“E-hökumətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model”) adlı məqaləsi “Информационные технологии” (Rusiya) jurnalında dərc olunub.

 

Məqalədə e-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsində qeyri-səlis koqnitiv modelləşdirmənin tətbiqi xüsusiyyətlərinə baxılıb. E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi faktorları müəyyən edilib və ekspert qiymətləndirməsi əsasında informasiya təhlükəsizliyinin idarə edilməsi üçün qeyri-səlis koqnitiv xəritə qurulub. Təklif edilmiş koqnitiv modelin əsasında e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsində müxtəlif strategiyaların nəticələri analiz olunub.    

 

“Информационные технологии”, №6. Том 21. 2015, с. 440-447

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020