“Apple” yeni nəsil hibrid daşınan elektronikanın yaradılması üzrə layihədə iştirak edəcək 2015-09-02 09:26:04 / KONFRANSLAR

“Apple” şirkəti ABŞ Müdafiə Nazirliyinin yüksək elastikliyə malik müxtəlif materialların strukturuna inteqrasiya edilən yeni nəsil elektronika və sensorlu texnikanın yaradılması üzrə layihəsində iştirak edəcək. Bu barədə ABŞ müdafiə naziri Eşton Karter bildirib.

 

Nazir qeyd edib ki, Pentaqon hibrid elektronika nəslinin yaradılmasına 75 milyon dollar ayıracaq. Pentaqon 162 şirkəti birləşdirən birgə müəssisənin - Elastik Hibrid Elektronika İnstitutunun (Flexible Hybrid Electronic Institute) iştirakçısı olacaq.

 

ictnews saytının məlumatına görə, layihədə “Apple” ilə yanaşı, “Boeing” aviaşirkəti, Harvard Universiteti və digər maraqlı qruplar iştirak edəcək.

 

Konsorsiumun məqsədi “ağıllı hibrid materiallar”ın yaradılmasıdır.

 

Müdafiə Nazirliyinin yaxın beş ildə Elastik Hibrid Elektronika İnstitutunun layihələrinə 75 milyon dollar, özəl biznesin 90 milyon dollar, yerli hakimiyyətin 171 milyon dollar investisiya yatıracağı gözlənilir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020