“Sony” şirkəti pilotsuz uçan aparatların prototipini təqdim edib 2015-08-26 10:01:24 / KONFRANSLAR

“Sony” şirkəti “Aerosense” adlı pilotsuz uçan aparatların (dronlar) prototipini təqdim edib. Yapon istehsalçısı biznes müştərilərinə aeroçəkilişlər təqdim etmək planları haqqında da məlumat verib.

 

3dnews.ru saytının bildirdiyinə görə, korporasiya 2016-cı ilin birinci yarısında təşkilatın kvadrokopterlərinin iştirakıyla kənd təsərrüfatı, inşaat və digər sektorlarda pullu xidmətlər təqdim etməyə başlayacaq.

 

Distant idarə olunan qurğular müəyyən ərazi üzərində yüksək keyfiyyətli fotoçəkiliş təqdim etməklə uçuşlar həyata keçirəcək, o cümlədən şəkilləri bulud xidmətinə yükləyəcəklər.

 

AS-MC01-P modeli 3 kq çəkiyə malikdir və 15-20 dəqiqə ərzində fasiləsiz uçmağa qadirdir. Aparat GPS-qəbuledici, naviqasiya sistemi və yüksək sürətli, simsiz məlumatların ötürülməsi modulu olan TransferJet quraşdırılmış Wi-Fi kontrolleri ilə təchiz edilmişdir.

 

Şirkət tərəfindən elan edilmiş daha bir məhsul təyyarə şəklində hazırlanmış AS-DT01-E güclü şaquli uçuş dronudur. O 170 km/saat sürət toplaya və ən azı iki saat fasiləsiz uça bilər. 7 kq ağırlığında olan aparat 3 kq yükü daşımaq gücünə malikdir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020