15 TB tutuma malik fləş daşıyıcı təqdim olunub 2015-08-18 09:39:44 / KONFRANSLAR

“Samsung Electronics” şirkəti Kaliforniyada keçirilmiş “Flash Memory Summit” tədbirində bazarda mövcud olan ən tutumlu (15 TB) sərtgövdəli daşıyıcını təqdim edib.

 

Müqayisə üçün qeyd edək ki, bazarda “Western Digital” şirkəti tərəfindən istehsal edilmiş ən tutumlu sərt diskin həcmi 10 TB-dır.

 

15,36 TB tutuma malik “Samsung PM1633a” daşıyıcısı məlumat mərkəzlərində məlumatların saxlanılması sistemlərinə quraşdırılması üçün nəzərdə tutulub.

 

“Samsung” şirkəti “Flash Memory Summit”də 48 ədəd “PM1633a” daşıyıcısından ibarət server konfiqurasiyasını nümayiş etdirib. Konfiqurasiyanın ümumi tutumu 768 TB təşkil edib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024