“Nokia” virtual reallıq kamerasını təqdim edib 2015-07-31 09:51:06 / KONFRANSLAR

Finlandiyanın “Nokia” şirkətinin təqdim etdiyi virtual reallıq kamerası film və televiziya proqramı çəkməyə imkan verəcək. Kürə formasında olan qurğu 8 obyektiv və 8 ayrıca mikrofonun köməyi ilə real vaxt rejimində işləyir.

 

“OZO” adlı kamera, əsasən peşəkar operator və kino sənayesi işçiləri üçün nəzərdə tutulub.

 

“Ümid edirik ki, yaxın gələcəkdə virtual reallıq insanların bir-biri ilə qarşılıqlı əlaqəsini zənginləşdirəcək. Biz “OZO” qurğusu ilə bu inqilabın mərkəzi hissəsi olmağı planlaşdırırıq”, – deyə şirkət tərəfindən bildirilib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020