İnstitutun 2021-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə start verildi 2021-02-01 12:31:00 / KONFRANSLAR

İnstitutda şöbələrin 2021-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş iclaslar başladı.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirildi. 

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq rəhbərlik etdiyi qurumun fəaliyyət planının müzakirəsi çərçivəsində cari ildə şöbələrdə görüləcək işlər, aparılacaq elmi tədqiqatlar və həyata keçiriləcək layihələr barədə məlumatların veriləcəyini diqqətə çatdırdı.

Akademik institutun qlobal elmi mühitə inteqrasiyası, əməkdaşların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi və kadr potensialının artırılması  istiqamətində işlərin aparılmasının vacibliyini vurğuladı.

R.Əliquliyev bildirdi ki, aktual problemlərin aşkar olunması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli, impakt faktorlu jurnallarda çap olunması hər bir şöbənin qarşısında duran mühüm vəzifə olmalıdır. 

Alim hər bir şöbə əməkdaşına elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə etdi. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024