İnstitutun magistraturasında qış imtahan sessiyası uğurla başa çatdı 2021-01-28 17:05:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının qış imtahan sessiyası bu gün başa çatıb.

Onlayn formada təşkil olunmuş sonuncu imtahanda iştirak edən magistrantlar “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər.

Belə ki, I kursda təhsil alan 5 magistrant “Kompüter şəbəkələrinin texniki və proqram təminatı” və “Proqram mühəndisliyi” fənləri, II kursda təhsil alan 8 magistrant isə “Verilənlərin intellektual analizi” fənni üzrə biliklərini sınayıblar.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 24 dekabr 2020-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, qış imtahan sessiyasının 2020-ci il dekabrın 30-dan 2021-ci il fevralın 2-dək onlayn formada keçirilməsi nəzərdə tutulmuşdur.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020