AMEA-nın müxbir üzvü nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb 2020-07-24 10:39:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə “Applied Energy” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal enerjinin çevrilməsi və saxlanması, enerji resurslarından optimal istifadə, enerji proseslərinin analizi və optimallaşdırılması, ətraf mühitin çirklənməsinin azaldılması və dayanıqlı enerji sistemləri sahəsində innovasiya və araşdırmalar barədə informasiyanın təqdim olunması üçün forum rolunu oynayır. Nüfuzlu nəşrdə orijinal məqalələr, texniki qeydlər və redaksiyaya məktublar dərc olunur. Jurnalın mövzusu innovativ texnologiyalar və bərpa olunan enerji mənbələrindən tutmuş, enerjidən ətraf mühitə təsirsiz və ya az təsirli istifadəyə qədər sahələri əhatə edir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 8.848

5-Year Impact Factor: 9.086

Source Normalized Impact per Paper (SNIP): 2.865

CiteScore: 16.4

SCImago Journal Rank (SJR): 3.607

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020