AzScienceNet-in Verilənlərin Emalı Mərkəzinin əməkdaşları yeni binaya köçürüləcək 2020-07-18 12:09:00 / KONFRANSLAR

AzScienceNet elm-kompüter şəbəkəsinin İdarəetmə Şurasının onlayn iclasında AzScienceNet-in Verilənlərin Emalı Mərkəzinin (VEM) əməkdaşlarının yeni binaya köçürülməsi məsələsi müzakirə olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu barədə çıxış edərək bildirib ki, şəbəkənin infrastrukturunun genişləndirilməsi və VEM-in texniki imkanlarının artırılması məqsədilə  əlavə otaqlara və yeni avadanlıqlara ehtiyac yaranmışdır.

Sonra alim VEM-in yeni struktur sxemini təqdim edib. Qeyd edib ki, hazırda server otaqlarının mövcud strukturu burada yeni avadanlıqların quraşdırılmasına imkan vermir: “AzScienceNet-in müasir tələblərə cavab verməsi üçün yeni binanın yüksək səviyyədə dizayn edilməsi və orada təmir işlərinin aparılması, eləcə də  şəbəkədə funksionallıq və optimallığın artırılması zəruridir”.

R.Ələkbərov, həmçinin AzScienceNet şəbəkəsinin maddi-texniki bazası və kadr potensialının gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu söyləyib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020