İnformasiya Texnologiyaları İnstitutunun 31 əməkdaşına ərzaq yardımı paylanılıb 2020-05-21 14:40:00 / MÜHÜM HADİSƏLƏR

Ramazan bayramı münasibətilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və bu müəssisənin Həmkarlar Təşkilatının təşəbbüsü ilə qurumun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev bildirib ki, Ramazan ayı özündə bir çox mənəvi zənginlikləri ehtiva edir və bunlardan biri də insanlara yardım göstərməkdir. O, müəssisə tərəfindən aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırıb.

Daha sonra institutun 31 əməkdaşına ərzaq yardımı paylanılıb.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020