Səsli idarəetmə ilə çalışan “ağıllı" kondisioner istifadəyə verilib 2020-03-04 10:39:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Xiaomi” şirkəti “ağıllı” “Smartmi Kondisioner A” kondisionerini təqdim edib. İstifadəçilərin temperaturu tənzimləmək üçün sadəcə bir səs əmrini söyləməsi kifayətdir.

Kondisionerin əsas üstünlüklərindən biri yüksək enerji səmərəliliyinə malik olmasındadır.

İstehsalçılar “Smartmi Kondisioner A”nın hazırkı enerji effektivliyinin müasir standartları üstələdiyini qeyd edirlər. Kondisioner 4.65 APF dəyərinə malikdir. APF yüksək olarsa, cihazın enerji səmərəliliyi də artır. Yeni “Xiaomi” cihazı digər kondisionerlərə nisbətən elektrik enerjisinə 20% qənaət edir.

ferra.ru saytının məlumatına görə, “ağıllı” kondisioner həm tətbiqetmə, həm də səsli idarəetmə ilə işləyə bilir. Cihaz “Xiao AI” rəqəmsal köməkçisini dəstəkləyir.

“Smartmi Kondisioner A”nın iki modeli mövcuddur. Onlar ölçülərinə və satış qiymətlərinə görə bir-birindən fərqlənirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023