UNESCO-da “Mobil öyrənmə həftəsi - süni intellekt və inklüzivlik” keçiriləcək 2020-02-18 11:47:00 / MÜHÜM HADİSƏLƏR

Martın 2-dən 6-dək Parisdə, UNESCO-nun mənzil-qərargahında mobil öyrənmə həftəsi keçiriləcək.

Səkkiz ildir keçirilən “Mobil öyrənmə həftəsi - süni intellekt və inklüzivlik” UNESCO-nun informasiya və kommunikasiya texnologiyaları sahəsində ən ümdə tədbiri hesab olunur.

Bu qurumun rəsmi saytında verilən xəbərə görə, “Süni intellekt və inklüzivlik” mövzusuna həsr olunacaq. Bu mövzu ictimaiyyətin diqqətini süni intellektdən istifadə edilməsini təhsildə inklüzivliyə və ədalətliliyə (Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü maddəsi), hər kəs üçün rəqəmsal imkanlar yaradılmasına yönəltməyi nəzərdə tutur.

Süni intellekt və rəqəmsal innovasiyaların əlçatan olmasında inklüzivliyi təmin etmək üçün beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, keyfiyyətli təhsil imkanları üçün süni intellektdən necə istifadə etmək, müxtəlif təhsil şəraitlərində nəticələrin daha da yaxşılaşdırılması üçün süni intellekt innovasiyalarının stimullaşdırılması və s. bu il keçiriləcək tədbirin əsas müzakirə obyektləri olacaq.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020