Kompüter sualtı fotoşəkillərdən suyu “təmizləməyi” öyrənib 2019-11-15 14:31:00 / TEXNOLOJİ YENİLİKLƏR

Sualtı fotoşəkil çəkmək geniş yayılmış hobbi olmasa da bununla ciddi məşğul olan peşəkarlar mövcuddur. Bu peşəkarlar üçün sualtı görüntüdən su ilə yaranan təhrifləri “aradan qaldırmağa”  imkan verən alqoritm yaradılıb.

“Sea-thru” adlanan alqoritm Hayfa Universitetinin mütəxəssisləri və tədqiqatçı Dərya Akkaynakın həmmüəllifliyi ilə yaradılıb. Proqram su altında çəkilən şəkillərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanına malikdir. Bunun üçün şəkil nümunələrinə baxmaq kifayətdir.

ferra.ru saytının məlumatına əsasən, alqoritm sayəsində şəkillər quruda çəkildiyi kimi görünür. Proqram, xüsusilə, yaşımtıl-mavi rəngi və “sis”i şəkildən təmizləyir.

Alqoritm hazırlanarkən 1100-dən çox sualtı fotoşəkildən istifadə edilib. “Photoshop” proqramından fərqli olaraq yeni alqoritm rəngləri parlaqlaşdırmaqla bərabər onları təbiətə daha da yaxınlaşdırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024