“Adobe” saxta təsvirlərin tanınması üçün yeni alət hazırlayıb 2019-11-12 16:35:00 / KONFRANSLAR

“Adobe” saxta təsvirlərin tanınması üçün yeni alət hazırlayıb12.11.2019    15:56 / Maraqlı məlumatlar

“Adobe” şirkəti fotoşəkillərin işlənməsi zamanı retuşlamanın tətbiqi faktının aşkar edilməsi üçün nəzərdə tutulmuş “About Face” adlı alət hazırlayıb. Onun işi “Sensei” şirkətinin dipfeyklərin (saxta təsvirlər) 99 faiz dəqiqliklə tanınmasını təmin edən süni intellektinə əsaslanır. Lakin bu alət bir fundamental məhdudiyyətə görə geniş tətbiqini tapmaya bilər.

“About Face”in iş prinsipi təsvirin piksel üzrə yoxlanmasına əsaslanır və nəticələrə görə onun istilik xəritəsi tərtib olunur. Xəritədə daha çox retuş olunmuş sahələr qeyd edilir ki, bu da yalnız redaktə edilmiş hissələri aşkar etməyə deyil, həm də təsvirin nə qədər dəyişdirildiyini qiymətləndirməyə imkan verir. İşin effektivliyi 1000 ədəd fotoşəklin analizi ilə təsdiq edilib.

techcult.ru saytının məlumatına görə, “About Face”in zəif cəhəti “Adobe”un proqram məhsullarına bağlı olmasıdır. Daha dəqiq desək, süni intellekt yalnız “Photoshop” proqramının faylları ilə işləyə bilir və yalnız “Face-Aware Liquify” aləti ilə edilmiş korreksiyaları aşkarlayır. Digər fotoredaktorlarda işlənmiş təsvirlər üzərində işin effektivliyinə zəmanət verilmir. Yəqin ki, məhz yeni alətin məhdudiyyətləri “Adobe”u retuşlamanın ləğvi funksiyasını əlavə etməyə vadar edib.

Digər tərəfdən, “About Face” yalnız eksperimental texnologiyadır. Bu, dipfeyklərin aşkarlanması üçün mükəmməl süni intellekt deyil, onun ilkin versiyasıdır. Şirkət digər fotoredaktorlarla tam uyğunluğu təmin etmək üçün texnologiyanı təkmilləşdirmək niyyətindədir.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020