Süni intellekt arxitektur layihələr yaratmağı öyrənib 2019-11-08 14:29:00 / KONFRANSLAR

Karnegi Mellon Universitetinin alimləri ilk dəfə insanın köməyi olmadan yeni arxitektur formaların planlaşdırılması üçün süni intellektdən istifadə ediblər. Bununla yanaşı süni intellekt yalnız memarların hərəkətlərini izləyir, onları təhlil edir və zəruri olduqda onu öz layihələrində təkrarlayır.

Böyük layihə məsələlərinin yerinə yetirilməsi, qərarların qəbul olunması yaradıcılıq və tədqiqat yanaşmasını tələb edir. Məhz bu xüsusiyyətlər insanların maşınlardan üstün olan bacarıqları hesab olunur. Alimlər qeyd edirlər ki, mühəndislər süni intellekti bir çox arxitektur sahələrə tətbiq edirlər, lakin onlar sıfırdan yenisini yaratmaq əvəzinə problemləri müəyyən qaydalar çərçivəsində həll edirlər. Aparılan bu tədqiqatda süni intellekt təliminin yeni strukturu nəzərdən keçirilib.

hightech.fm saytının məlumatına əsasən, tədqiqat çoxsəviyyəli mühəndis-texniki məsələləri təşkil etdiyi üçün əsas istiqamət mürəkkəb strukturların problemlərinə yönəldilib. Buna görə süni intellekt vizual informasiya əsasında əlavə kontekst olmadan körpülərin dizaynının modifikasiyası üzrə işlərin gedişini müşahidə etməyi öyrənib. Tədqiqatçılar görmə qabiliyyətinin süni intellektin məsələləri necə qəbul və həll etməsinin ayrılmaz hissəsi olduğu üçün bu prosesdə vizuallaşdırmanın əhəmiyyətini vurğulayıblar.

Sistem proqnozlaşdırma üzərində işləyən bir çox dərin neyron şəbəkəsindən ibarət olub. Süni intellekt neyron şəbəkəsindən yararlanaraq bu təsvirlərin köməyi ilə alınmış informasiyadan istifadə edib, beş ardıcıl layihə gözdən keçirib və növbətini proqnozlaşdırıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024