CES 2015-in qalibləri müəyyən olunub 2015-01-16 10:56:13 / KONFRANSLAR

Məlum olduğu kimi, 6-9 yanvar 2015-ci il tarixlərdə Las-Veqasda “International Consumer Electronics Show 2015” sərgisi keçirilib. Sərgidə ənənəvi olaraq hər il 26 kateqoriya üzrə mükafatlar təqdim olunur. Computerra.ru saytına istinadən, 5 ən yaxşı ixtiranı təqdim edirik:

 

İlk yerdə “Dünyanı yaxşılaşdıran texnologiyalar” kateqoriyası üzrə bağ sahibinin smartfon və ya planşeti ilə Bluetooth-un köməyi ilə sinxronlaşdırılan və xüsusi proqram vasitəsilə idarə olunan Edyn Garden Sensor and Water Valve - bağ üçün suvarıcı sistem layihəsi dayanır. Edyn ətraf mühitdə (temperatur, hava və torpaqların rütubətliyi, işıq) olan şəraitinə daima nəzarət edir və dəyişikliklər haqqında xəbərdar edir. Həmçinin qurğu bitkilərə qulluq üçün lazım olan informasiyanı İnternetdə operativ olaraq seçir və gübrələri məsləhət görür.

 

“3D çap və əlavə istehsalat texnikaları” kateqoriyası üzrə prototip və onun printerdə təkrar istehsalının xarakteristikalarının sürətini tez bir zamanda köçürə bilən 3D-skaner ikinci yerə layiq görülüb. Fuel 3D Scanner rəqəmsal kamera kimi hərəkət edir və rəngli 3D-modeli saniyələr ərzində olduğu kimi “çəkir”.

 

“Kompüter periferiyası” kateqoriyasında dünyada istifadəçinin jestlərini tanıya bilən ilk kompüter siçanı - Swiftpoint GT yer alıb.

 

“Ağıllı ev” kateqoriyasında dünya istehsalçısı olan “Whirlpool”un qurutma və su qızdırmanın hibrid texnologiyası funksiyalı Whirlpool HybridCare Clothes Dryer paltaryuyan maşını seçilib.

 

“Simsiz qurğular” nominasiyasında isə ən yüksək pilləyə “Fuz Designs”dan Nokelayihəsi layiq görülüb. Bu, smartfonun köməyi ilə idarə olunan “ağıllı” qıfıldır. Bu qıfılla, məsələn, məzuniyyətdə olarkən qıfılın açarlarını qonşuya vermədən ona velosipedi distant olaraq borc vermək olar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024