Yeni fabrikdə robotlar istehsal edən robotlar işləyəcək 2018-10-29 11:00:00 / MARAQLI MƏLUMATLAR

İsveçrənin “ABB” şirkəti Çində robotların analoqu olmayan robotlar istehsal edəcəyi fabrik yaradacaq. Müəssisədə ən qabaqcıl texnoloji yeniliklərdən istifadə ediləcək. Layihənin reallaşdırılması üçün lazımi məbləğ təxminən 150 milyon dollar təşkil edir. Fabrik süni intellektə əsaslanan robot texnikası ilə təchiz ediləcək. Süni intellekt tədqiqat mərkəzi fabrikin yaxınlığında yerləşdiriləcək.

vladtime.ru saytının məlumatına görə, fabrikin robotlarının yeganə işi, əsasən, çinli sifarişçilər üçün nəzərdə tutulmuş yeni robotların jstebsalı olacaq. Onların arasında müxtəlif elektronika və avtomobillərin istehsalçıları da olacaq. Çinli sifarişçilərə yönümlülük şirkətin ABŞ-dan sonra ikinci ən böyük bazarının bu ölkədə yerləşməsi ilə bağlıdır. Fabrikin 2020-ci ildə Şanxayda qurulması planlaşdırılır.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017