Avtomobillər öz aralarında danışa biləcəklər! 2018-10-17 15:13:00 / TEXNOLOJİ YENİLİKLƏR

2020-ci ildən etibarən Volkswagen markasının 5 milyondan çox avtomobili yeni “Volkswagen Automotive Cloud” sistemi sayəsində xüsusi internet əsaslı sistemə qoşulacaq. Bu sistemin sayəsində yollardakı avtomobillər bir-biri ilə əlaqə qura ve belə deyə bilsək “danışa” biləcəklər. Bu da yollardakı qəzaların sayının azalmasına kömək edərək insan təlafatını azaldacaq.

Bu sistemin qurulmasında alman avtomobil nəhəngi,Microsoft şirkəti ilə razılaşıb. “Bu stratejik əməkdaşlıq bizim rəqəmsal transformasiyamızı sürətləndirəcək. Dünyanın ən böyük maşın istehsalçısı və unikal texnoloji biliklərə malik şirkətin uğurlu iş birliyi edəcəyinə tam əminəm. Birlikdə mobil gələcəyin formalaşdırılmasında əsas rollardan birinə malik olacağıq”- VW CEO’su Herbert Diss vurğuladı.

İlk etapda “ümumi avtomobil buludu” , daha sonra isə bütün VW qrupu üçün platforma qurulacaq (ODP-One Digital Platform). İşlər Microsoft ofisinin yaxınlığında yerləşən Şimali Amerika qərargahında baş tutacaq və 300 yeni mühəndis cəlb olunacaq. Bu cür nəhənglərin iş birlikləri böyük innovasiyaya işarədir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024