Rəngli süni elektron dəri hazırlanıb 2018-08-06 16:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çin alimləri çox nazik, elastik və keçiricilik qabiliyyətinə malik maddə olan qrafen əsasında rəngli süni elektron dəri hazırlayıblar. O, sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan elektron qurğu kimi işləyə bilir.

belta.by saytının məlumatına görə, “E-skin” adlı elektron dərinin hazırlanmasında insan dərisinə bənzəyən və təzyiq, temperatur və dartılmanı hiss edə bilən elastik elektron materialdan istifadə olunub. Suyun köməyilə elektron dəri yalnız insan bədəninə deyil, həm də yarpaq və ipək kimi obyektlərə köçürülə bilər.

Elektron dərini insan dərisinə, həmçinin tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla, bədən siqnallarının ölçülməsi üçün boğaza bərkitmək olar. Yüksək həssaslığa malik olan elektron dəri yüksək temperatura davam gətirir və daşımaq üçün olduqca rahatdır.

Alimlər elektron dərinin səhiyyə və süni intellekt sahələrində tətbiq üçün böyük imkanlara malik olduğuna əmindirlər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017