Mobil biometrik sistemlər vasitəsilə alış-verişin həcmi 2 trilyon dollaradək yüksələcək 2018-07-26 16:23:00 / MARAQLI MƏLUMATLAR

“Juniper Research” analitik şirkəti məhsul və xidmətlərin ödənişi üçün mobil qurğularda tətbiq edilən biometrik texnologiyaların istifadəsi ilə bağlı araşdırmasını təqdim edib.

dailycomm.ru saytının məlumatına əsasən, 2023-cü ilədək dünyada müvafiq əməliyyatların həcmi 2 trilyon dollara yaxınlaşacaq ki, bu da 2018-ci illə (124 milyard dollar) müqayisədə 17 dəfə çoxdur. Mütəxəssislər bu sürətli yüksəlişi ödəmə əməliyyatlarının təhlükəsizliyi və telefon istehsalçıları tərəfindən inkişaf etdirilən biometrik platformaların açıqlığı ilə izah edirlər.

Analitiklər hesab edirlər ki, 2023-cü ilədək dünyada istifadə olunan smartfonların 80%-dən çoxu (5 milyarddan çox) müxtəlif biometrik texnologiyalardan istifadə edəcək. Öncə mobil qurğulara yalnız barmaq izi skanerləri quraşdırılırdı, indi isə sifətin tanınması və gözün qüzehi qişası sistemləri populyardır. Yaxın 5 ildə son iki texnologiyanın 1 milyarddan çox cihazda tətbiq olunması gözlənilir.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017