Radiasiya Problemləri İnstitutunun optik konvertoru yenisi ilə əvəz olunub 2018-07-25 17:10:00 / MÜHÜM HADİSƏLƏR

Məlumdur ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsi Akademiyanın elmi müəssisə və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası baxımından geniş imkanlar təqdim edir, bu qurumlara yüksək səviyyəli İnternet xidmətləri göstərir. AzScienceNet şəbəkəsinin mütəxəssisləri institut və təşkilatlarda İnternet ötürmələri və kompüter avadanlıqları ilə bağlı yaranmış problemləri tez bir zamanda həll edir, bu qurumlara daimi texniki dəstək göstərirlər.

Bu yaxınlarda AMEA Radiasiya Problemləri İnstitutunda elektrik enerjisinin verilməsində baş verən problemlərlə əlaqədar optik konvertorun sıradan çıxması nəticəsində quruma daxil olan İnternet ötürmələrində məhdudiyyət yaranıb. AzScienceNet şəbəkəsinin mütəxəssisləri optik konvertoru yenisi ilə əvəz edərək bu problemi operativ şəkildə aradan qaldırıblar.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017