128 TB məlumatı yadda saxlayan yeni standart təqdim olunub 2018-07-02 15:52:00 / TEXNOLOJİ YENİLİKLƏR

“SD Association” tərəfindən təqdim edilmiş “SD Express” yaddaş kartı standartı “PCIe” və “NVMe” interfeyslərini dəstəkləyəcək və bu, məlumat mübadiləsinin sürətini saniyədə 1 GB-dək artırmağa imkan verəcək. Bundan başqa, assosiasiya 128 TB-dək məlumatı yadda saxlayan “SDUC” standartını təqdim edib.

hi-tech.mail.ru saytının məlumatına görə, “SD” formatı istehlak qurğularında istifadə olunan ən populyar yaddaş kartı formatıdır. Bir qayda olaraq, bu kartlar kameralar, dronlar və digər qurğular üçün çıxarılıb-taxılan məlumat saxlama anbarı kimi istifadə olunur.

“PCIe” interfeysinin dəstəyi nəticəsində yeni yaddaş kartları məlumatları saniyədə 984,6 MB-dək sürətlə ötürə biləcək. Bundan başqa, bu interfeysin tətbiqi kompüterin komponentlərinə mərkəzi prosessorun iştirakı olmadan yaddaşa müraciət etməyə imkan verəcək.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017