Süni intellekt üzrə onlayn kurs istifadəyə verilib 2018-05-29 11:00:00 / MARAQLI MƏLUMATLAR

Finlandiyanın Helsinki Universiteti “Reaktor” şirkəti ilə birgə süni intellekt üzrə onlayn kursu istifadəyə verib. Kursda təxminən 54 min insanın iştirakı gözlənilir.

robo-hunter.com saytının məlumatına görə, “Süni intellektin elementləri” adlı onlayn kurs ödənişsizdir və hər bir ölkə vətəndaşı üçün əlçatandır. Təxminən 30 saat ərzində kursu müvəffəqiyyətlə tamamlayan şəxslər “LinkedIn” sosial şəbəkəsində dərc etmək üçün sertifikat əldə edəcəklər.

Kursun yaradıcılarından olan Yanin Faqerlundun sözlərinə görə, proqram texnologiya ilə bağlı sirri açmaq üçün hazırlanıb: “Bu, yeni kəşfdir. Lakin hələ ki, onun istifadə qaydası məlum deyil”.

Alim süni inellektin köməyilə karbon qazı tullantıları kimi vacib sosial problemlərin həll ediləcəyinə ümid edir. Artıq 20-75 yaş intervalında olan 24 min insan kurs üçün qeydiyyatdan keçib.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024