Yeni virtuallaşdırma həlləri ilə bağlı araşdırmalar aparılır 2018-05-24 14:50:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Yeni virtuallaşdırma həlləri” mövzusuna həsr olunduğunu bildirdi.

Mövzuya dair çıxış edən institutun sektor müdiri Tural Mustafayev virtuallaşdırmanın desktop, data, storage, memory, software kimi növləri olduğunu bildirdi.

Top server virtuallaşdırma proqramları barədə danışan məruzəçi buraya Microsoft, Citrix, Oracle, Red Hat kimi proqramların daxil olduğunu qeyd etdi.

Sonra o, “Nutanix” serveri haqqında məlumat verdi. Bu serverin 2009-cu ildə yaradıldığını və dünyanın 70 ölkəsindən 1750 müştərinin “Nutanix”ə qoşulduğunu bildirdi. Həmçinin serverin tərkibi və texniki parametrləri barədə məlumat verdi.

Məruzəçi, yeni nəsil data mərkəz, İT və biznes mənfəətləri, Nutanix həlləri, müştəri portfeli haqqında da danışdı, bir sıra statistik göstəriciləri təqdim etdi.

Sonda məruzəyə dair müzakirələr aparıldı, suallar cavablandırıldı.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017