Süni intellektin insanı əvəz edəcəyi vaxt açıqlanıb 2018-04-04 12:04:00 / MARAQLI MƏLUMATLAR

Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək. Bu haqda Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk bildirib.

lenta.ru saytının məlumatına görə, alim artıq məsələlərin həllinin effektivliyi üzrə insandan geri qalmayan süni intellekt sistemlərinin (məsələn, sifətin və insan səsinin tanınması) yaradıldığını söyləyib.

Cari ilin martında Almaniyanın Passau Universitetində Mürəkkəb intellektual sistemlər kafedrasının rəhbəri Born Şuller süni intellektin 10 il sonra şeir yaza biləcəyini qeyd etmişdi.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017