Baş hərəkətləri və səs komandaları ilə idarə olunan smartfon fiziki cəhətdən qüsurlu insanların köməyinə çatacaq 2014-12-02 12:15:55 / KONFRANSLAR

"Açıl, Susam!",  - nağıl qəhrəmanı xəzinə dolu sehirli mağaraya yaxınlaşaraq bu sözləri deyirdi. Fiziki qüsurlu insanlar indi eyni komanda ilə eyniadlı smartfonu blokdan çıxara biləcəklər.

 

Susamın (Sesame) təqdim etdiyi adi Nexus 5 smartfonu xüsusi proqram təminatı vasitəsilə qurğunu ekrana toxunmadan idarə etməyi nəzərdə tutur.

 

hitech.newsru.com saytından bildiriblər ki, proqram iflic və digər xəstəliklərdən əziyyət çəkən insanlara qurğudan tam ölçüdə istifadə etməyə imkan verəcək.  Səs komandaları və baş hərəkətlərinin köməyilə onlar mesaj yaza, göndərə, zəng edə, istənilən proqrama daxil ola, hətta oyun oynaya biləcəklər. Qurğu ilə işi sona çatdırmaq üçün "Bağlan, Susam" ("Close Sesame") əmrini vermək kifayətdir.

 

İstehsalçıların sözlərinə görə, proqramdan hətta uşaqlar da istifadə edə bilərlər. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024