Özü bərpaolunan elektron dəri hazırlanıb 2018-02-13 10:00:00 / MARAQLI MƏLUMATLAR

Elektron dəri insan dərisini təqlid edən incə yarımşəffaf materialdır. Ondan robot texnikasında və protezlərin hazırlanması zamanı istifadə edilir. Kolorado Universitetinin mütəxəssisləri elektron dərini toxunuşlara qarşı daha həssas etməyə imkan verən yeni texnologiyanı tətbiq ediblər.

meddaily.ru saytının məlumatına görə, süni dəriyə təzyiq, temperatur və rütubətin ölçülməsi üçün sensorlar inteqrasiya edilib. Yeni ixtiranın əsasında xüsusi polimer dayanır. Alimlər polimeri gümüş nanozərrəcikləri ilə örtüblər ki, bu da məmulatı daha möhkəm etməyə imkan verib. Elektron dəri olduqca elastikdir və asanlıqla lazımi formanı alır. Yeni dərinin daha bir üstünlüyü də özünü bərpaetmə xüsusiyyətidir. Bu, ixtiranın uzun ömürlü olmasını təmin edəcək. Həmçinin elektron dəri tamamilə emal edilə bilər. Bunun üçün xüsusi məhluldan istifadə edilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024