Yeni ekran xüsusi eynək olmadan əlavə reallıq yaradır 2018-01-15 11:23:00 / MARAQLI MƏLUMATLAR

Danimarkanın “Realfiction” şirkəti “CES 2018” beynəlxalq istehlak elektronikası sərgisində xüsusi eynək olmadan əlavə reallıq yaradan “DeepFrame” ekranını təqdim edib.

techcult.ru saytının məlumatına görə, aldadıcı optik effektin köməyilə hərəkət edən obyektlər elə görünür ki, sanki onlar reallıqda insanın yanındadırlar. “DeepFrame” 65 düymlük 4K formatlı OLED-ekrandan ibarətdir. Təsvir ekrandan şəffaf şüşəyə proyeksiya edilir. Nəticədə illüziya yaranır: sanki otaqda “canlı” obyekt meydana çıxır. “DeepFrame”in daxilində elektronika yoxdur. İstifadəçi 4K formatlı displeyi 8K formatlı ekranla əvəz edərək təsvirin keyfiyyətini yaxşılaşdıra bilər.

“DeepFrame”in yüksək qiymətini (50000-60000 dollar) nəzərə alaraq, qurğudan böyük muzeylər, incəsənət qalereyaları və ticarət mərkəzlərində istifadə olunacağını ehtimal etmək olar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024