“Əbədi” batareya hazırlanıb 2018-01-12 11:01:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Ossia” şirkəti “əbədi” AA batareya hazırlayıb. “Ossia Cota” sistemi batareyada olan antenaya hava vasitəsilə düz yollar boyunca elektrik cərəyanı ötürən aparatdan istifadə edir. Beləliklə, batareyanı 9 metrə qədər məsafədən simsiz enerji ilə doldurmaq olar.

“Wi-Fi-İnternet təsəvvür edin. “Cota” ötürücü aparatı evdə Wi-Fi-marşrutlayıcı rolunu oynayır. AA batareyanın daxilində ötürücü aparatdan qidalanan elektronika var”, deyə istehsalçılar bildiriblər. Onlar gələcəkdə bu texnologiyadan smartfonların akkumulyatorlarında istifadə etməyi planlaşdırırlar. futurist.ru saytının məlumatına görə, “Ossia” qurğuların batareyalarına “Cota” sisteminin inteqrasiyası üçün smartfon istehsal edən böyük şirkətlərlə əməkdaşlığa ümid edir.

Batareyaların utilizasiyasının təhlükəliliyini nəzərə alaraq, bu layihənin istehlakçılara rahatlıq gətirməklə yanaşı, həm də ətraf mühit üçün çox faydalı olacağını demək mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024