Ən kiçik fləş kart təqdim edilib 2018-01-09 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“SanDisk” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES” sərgisində dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kartı təqdim edib.

hi-tech.mail.ru saytının məlumatına görə, ötən il təqdim edilmiş 2 TB tutuma malik “Kingston DataTraveler Ultimate GT” dünyada ən tutumlu fləş kart hesab edilir. “SanDisk” şirkətinin prototipi isə 1 TB tutuma malikdir.

Bundan başqa, “SanDisk”in prototipi “USB-C” interfeysinə malikdir. Bu, o deməkdir ki, yeni fləş kart yalnız kompüterlər arasında məlumatların ötürülməsi üçün deyil, həm də, məsələn, “Android” smartfonları arasında istifadə edilə bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024