Elmi araşdırmalar üçün superkompüter hazırlanır 2017-12-27 12:00:00 / MARAQLI MƏLUMATLAR

Çinin kompüter texnikası istehsalçısı “Lenovo” şirkəti və ABŞ-ın prosessor istehsalçısı “Intel” şirkəti Leybnis Superkompüter Mərkəzi üçün yeni nəsil hesablama kompleksinin yaradılması üzrə birgə işə başlayıblar.

dailycomm.ru saytının məlumatına görə, 2018-ci ilin sonunadək inşa edilməsi planlaşdırılan “SuperMUC-NG” adlı yeni superkompüter Leybnis Superkompüter Mərkəzini astrofizika, hidrodinamika, biologiya, tibb və digər bu kimi elm sahələrində aparılan tədqiqatlar zamanı dəstəkləyəcək. Sistem əlçatan, təhlükəsiz və enerji cəhətdən səmərəli xidmətlər göstərilməsini təmin edəcək.

26,7 petaflops hesablama gücünə malik olacaq “SuperMUC-NG” Leybnis Superkompüter Mərkəzinin alimlərinə böyük həcmli məlumatları virtuallaşdırmağa, emal etməyə və nəticəni həmkarları ilə paylaşmağa imkan verəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024