Face ID Asiya ölkələri sakinlərinin sifətlərini tanımır 2017-12-07 13:00:00 / MARAQLI MƏLUMATLAR

“Apple” şirkətinin istehsal etdiyi iPhone X-dən istifadə edən yaponlar və çinlilər qadcetə quraşdırılmış biometrik identifikasiya funksiyasından narazıdırlar. Belə ki, Face ID sifətin tanınması texnologiyası Asiya ölkələrinin əksər sakinlərinin qıyıq gözlərini tanımır.

actualnews.org saytının məlumatına əsasən, iPhone X-in kilidinin açılması üçün qadcetin istifadəçinin açıq gözlərini “görməsi” lazımdır. Lakin məlum olub ki, Face ID texnologiyasında bir çox çatışmazlıqlar var. www.reddit.com sosial xəbərlər saytının istifadəçilərindən biri Face ID texnologiyasının onun sifətini tanımadığını əks etdirən görüntüləri şəbəkəyə yerləşdirib.

Hələ ki, bu səhvi aradan qaldırmaq mümkün deyil. iOS-un növbəti yenilənməsinin asiyalıların sifətin identifikasiyası problemini həll edəcəyi gözlənilir. “Apple” korporasiyasının nümayəndələri Face ID texnologiyasının müxtəlif millətlərin nümayəndələrində sınaqdan keçirildiyini iddia edirlər. Lakin təcrübədə məlum olub ki, iPhone X qıyıq gözlərə malik olan sahiblərini həmişə tanımır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024