Ümumdünya İnternet konfransı keçirilir 2017-12-04 10:00:00 / MARAQLI MƏLUMATLAR

Dekabrın 3-də Çinin Çjetszyan əyalətində IV Ümumdünya İnternet konfransı (World Internet Conference) öz işinə başlayıb.

ria.ru saytının məlumatına görə, dekabrın 5-dək davam edəcək konfransın gündəliyində süni intellekt, İnternet vasitəsilə yoxsulluqla mübarizə, yeni çağırışlar şəraitində İnternet kommunikasiyaları və sosial məsuliyyət, qlobal rəqəmsal iqtisadiyyat, kiberməkan normaları, eləcə də kiberməkandan cinayətlərin və terror aktlarının törədilməsi üçün istifadənin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq kimi məsələlər yer alıb.

Bu il tədbirdə dünyanın 80 ölkəsindən 1,5 min iştirakçı, o cümlədən “Alibaba” şirkətinin rəhbəri Cek Ma, “Apple” korporasiyasının rəhbəri Tim Kuk, İnternet yaradıcılarından biri Elliton Kan, “Kasperski laboratoriyası” antivirus şirkətinin rəhbəri Yevgeni Kasperski və digərləri iştirak edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024