Yeni sistem smartfonun ekranına kənar şəxslərin baxmasına mane olacaq 2017-11-29 09:40:00 / MARAQLI MƏLUMATLAR

Bir çox smartfon sahibləri yaxınlıqda olan insanların onların smartfonunun ekranına ixtiyari və qeyri-ixtiyari baxdıqlarını dəfələrlə görüblər. “Google” şirkətinin mühəndisləri bu kimi halların qarşısını almaq və gizlilik problemini həll etmək üçün yad gözlərin izlənilməsi sistemini hazırlayıblar.

hitech.newsru.com saytının məlumatına görə, gələn həftə Kaliforniyada neyron şəbəkələri üzrə konfransda təqdim ediləcək sistem smartfonun ön kamerasından istifadə edir və gözlərin hərəkətlərini tanıyır. Əgər ekrana kənar şəxs baxarsa, sistem ön kameranın çəkdiyi təsviri ekrana çıxararaq qurğunun sahibinə xəbərdarlıq edir.

İstehsalçıların sözlərinə görə, “Electronic screen protector” yad baxışı müxtəlif işıqlandırma zamanı müvəffəqiyyətlə müəyyən edir və bunun üçün alqoritmə yalnız 2 millisaniyə lazım olur. Bu, sistemin informasiyanın emalı üçün bulud serverlərindən istifadə etmədən birbaşa smartfonda işləməsi ilə izah olunur. Yeni sistemin yaxın gələcəkdə geniş tətbiq olunacağı güman edilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024