Qüsursuz süni intellekt yaradılacaq 2017-11-20 16:30:00 / MARAQLI MƏLUMATLAR

Alimlər qüsursuz süni intellekt yaratmaq üçün insan beynini “sındıracaqlar”.

Cari ilin noyabr ayında İsveçrənin Sürix şəhərində Mindfire fondu fəaliyyətə başlayıb. Fondun prezidenti, neyrobioloq Paskal Kaufman bildirib ki, bu qurum insan beyninin əsas iş prinsiplərini araşdırmaqla məşğul olacaq. Bu, insan kimi düşünə və hərəkət edə biləcək əsl süni intellektin yaradılması üçün vacibdir.

futurist.ru saytının məlumatında bildirilir ki, alimlər biologiyadan riyaziyyata qədər ən müxtəlif sahələr üzrə ən yaxşı mütəxəssisləri işə cəlb edəcəklər. Onlar yalnız təkmilləşdirilmiş süni intellekt deyil, həm də süni orqanizm yaradacaqlar. Planlara əsasən, Mindfire fondunun süni orqanizmi düşünməklə yanaşı, özünü insan kimi idarə edə biləcək.

Kaufman beyinin tədqiq edilən sistem olduğuna əmindir. Sadəcə onun əsas iş prinsiplərini müəyyənləşdirmək lazımdır. Fond işinin ilk nəticələrini 2018-ci ilin may ayında təqdim etməyi planlaşdırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024